Nombre total de pages vues

samedi 10 décembre 2022

 Müstəqil Azərbaycanın tarixinə yazılmış

 Zəfər Paradı!

 

İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi.

Prezident İlham Əliyev


        Bu gün zəfər Paradının keçirilməsindən iki il ötür. Məhz bir il əvvəl xalqımız düşmən üzərində şanlı qələbə qazandıqdan bir ay sonra 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydannda Zəfər Paradının keçirilməsinin şahidi oldu. Bu hadisə tarixi bir hadisə kimi yaddaşlara həkk olundu. Hərbi Zəfər Paradında 3000-dən artıq Azərbaycan əsgəri və zabiti eləcə də qardaş Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət edilmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradın ən əlamətdar hadisələrindən biri Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərinə qaldırılmış Zəfər bayrağı meydana gətirilmişdir. Daha sonra müharibə zamanı Azərbaycan ordusuna qarşı döyüşməyə cəhd göstərmiş lakin məğlub duruma düşərək təslim edilmiş düşmənənin silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması Azadlıq Meydanında təşkil edilmiş Zəfər Paradından verilmiş daha bir önəmli mesaj idi. 


        Zəfər Paradına Türkiyə prezidentinin qəxri qonaq qismində iştirak etməsi böyük bir tarixi hadisə idi. Türkiyənin, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Vətən müharibəsinin ilk günündən Azərbaycana dəstək verməsi Azərbaycan Türkiyə qardaşlığının təzahürünü bütün dünyaya bir daha nümayiş etmişdir. Oz çixişında Türkiyyə prezidenti - Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutduq - deyə vurğulamışdır.  

       Tarixdə Bakının Azaqlıq meydanında bir çox paradlar təşkil edilmiş və bundan sonra da təşkil olunaqdır. Ancaq 10 dekabr 2020-ci ildə keçirilmiş Zəfər Paradının xususi önəmi vardır. Belə ki, Ümumilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev bütün ali kürsülərdə çıxışları zamanı eləcə də Azərbaycan xalqının qarşısında çıxışlarında və xüsusən də qaçqın və köçkünlər ilə olan görüşlərdə hər zaman bildiridilər ki, bir gün gələcək və biz işğal edilmiş torpaqlara geri dönəcəyik. Və hər zaman Azərbaycanı inkişaf etdirmək üçün hər bir vətəndaşın fəal olmaqları bildirirdilər. Nəhayət bu gün gəldi. Uzun sürən hazırlıqlar və Azərbaycanın bütün sahələrdə işkişaf etdirilməsi 44 günlük müharibə zamanı Azərbaycanın Zəfəri ilə başa çatdı.

     Zəfər Paradında nümayiş etdirilən texnikalar və qənimət kimi əldə edilmiş düşmənin hərbi texnikası bütün dünyada maraqla izlənildi. Və bu Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı müasir döyüş texnikalarına malik olması və onlardan uğurla istifadə etməsini subut etdi. 

Bu gün Azərbaycan xalqı xöşbəxtdir. 30 ilə qədər davam edən işğala qəhrəman əsgərlərimizin şücaəti, rəşadətli Azərbaycan ordusu və Müzəffər Ali Baş Komandanın güclü iradəsi və siyasəti ilə son qoyulmuşdur. Bu qələbə Azərbaycan xalqı üçün ləyaqət simvoludur. 

Cənab Prezident müharibədən sonrakı çıxışlarında qeyd edir ki, Qarabağ müharibəsi artıq bitmişdir ancaq münaqişə hələ bitməyib. Belə ki, hər bir Azərbaycan vətəndaşını bunu unutmamalı və bu məsələ ilə bağlı bundan sonra da prinsipiallıq nümayış etdirməlidir.  

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü

Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru