Ermənilərin törətdikləri soyqırımlar şiddətlə qınanılmalı və hüquqi qiymətini almalıdır.
XX əsrin əvvələrindən başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar.
Birləşmiş
Ştatların prezidenti Co Bayden ermənilərin bir əsrlik uydurma hadisələri olan
və dünya ictimaiətinə “erməni soyqırımı” kimi təqdim etdiyi tarixi
uydurmalarını dilə gətirməklə Türkiyəyə olan münasibətlərini üzə çıxartmış oldu
və bununla da ABŞ-ın NATO-da mühüm partnoru olan Türkiyə ilə əməkdaşlıq
əlaqələrini böyük sual attına aldı. Prezident Baydendən də öncə onun sələfləri
olmuş istər Barak Obama və istrsə də Donald Trump hər il 24 aprel tarixi
ərəfəsində müəyyən vədlər versələr də öz çıxışlarında “soyqırım” sözü
işlətməmiş və I Dünya müharibəsi dövründə ermənilərin Osmanlı
imperiyasında “dəhşətli qırğını” və ya “böyük fəlakət” sözləri ilə
kifayətlənmişlər. Bəs Cozef Baydenin bu addımını necə qiymətləndirməli və
anlamalıyıq?
İlk öncə qeyd etməliyəm ki,
yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq dünyanın hər
bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün
preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü olan, istərsə də inkişaf
etməkdə olan dövlətlər edəcəkləri hər hansı siyasi gedişi düşünərək vahid
senari əasasında aparılırlar.
II Dünya müharibəsindən sonra
daha çox 1950-ci illərdə səslənməyə başlamış ermənilərin uydurduqları sərsəm
“soyqırım” məsələsi 1965-ci ildən bəri tanınmağa başlamış (Uruqvay, 1965) və
sonrakı illərdə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya,
İtaliya, və Rusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və ABŞ-ın 50 ştatından
49-u soyqırım iddiyalarını dövlət və ya parlamentlərində qanun layihəsi və ya
müxtəlif qətnamələr çərçivəsində müzakirə edilmiş və qəbul edilmək üçün dövlətə
təqdim edilmişlər. Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla “erməni
soyqırımını” bir neçə təşkilat da qanun layihəsi kimi tanımışdır.
Son illər istər Almaniya
Bundestaqının istərsə də Fransa Senatının “erməni soyqırımını” tanıyan Qətnamə
layihəsini qəbul eməsi bu dövlətlərin Türkiyəyə təziq göstərmək üçün atmalı
olduğu bir addımdan başqa bir şey deyildir. Maraqlıdır ki, 2016-cı il 1 iyun
tarixində Almaniya Bundestaqının qəbul etdiyi layihə Almaniya Yaşıllar
Partiyasının əslən türk olan Cem Özdəmir tərəfindən irəli sürülmüş
lakin iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler
Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının
rəhbəri Frank-Walter Steinmeier eləcə də
Xarici İşlər naziri iştirak etməmişlər. Buna baxmayaraq Yaşıllar partiyası
tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi həm
də Sosial-Demokrat Partiyası rəhbərliyi
tərəfindən dəstəklənmiş və almaniyalı deputatlarının böyük bir hissəsi “1915-ci
ildə erməni və digər xristian xalqlara qarşı törədilmiş soyqırım” haqqında
qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə vaxtdır təziq altında
olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da soyumasına səbəb olmuş
və məhz Berlinin vasitəçiliyi ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında
mübahisəli “miqrant” müqaviləsi gündəmə gəlmiş eləcə də müqaviləyə əsasən
Türkiyə öz vətəndaşları üçün azad Şengen vizası müqabilində Avropaya olan
miqrant axınının qarşısını almaq üçün onları öz ərazisində yerləşdirmək
öhdəliyi vəd etmişdir.
Buradan belə qənaətə gəlmək olar
ki, bir əsrdən çox müttəfiq olan istər ABŞ istərsə də Almaniya Türkiyə üçün
önəmli olan “soyqırım” məsələsinə görə münasibətlərini pozmaqmarı başqa bir
məna güdür. Soyqırım məsələsində ABŞ-Türkiyə
münasibətləri müzakirə olunsa da məsələnin dərinliyi yenə də ermənilərin öz
işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq.
Hadisələrin
cəryan etdiyi bir dövrdə, BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu
məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən “Soyqırım faktını ilk
məhkəmə müəyyənləşdirməlidir” deyə qeyd edib. Lakin ABŞ son illər istər hərbi
istərsə də iqtisadi sahələrdə ardıcıl olaraq Vaşınqton-Ankara münasibətlərinə
qarşı addımlar atıb. Belə ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq Rusiyadan
"S-400" raket-zenit kempleksinin alınması Ankaranın "F-35"
proqramından çıxardılması və Türkiyə hərbi sənayesinə qarşı sanksiyalar ilə
nəticlənmişdir. Eləcə də Azərbaycanın 44 günlük apardığı şərəfli II Qarabağ
savaşında da rəsmi Ankaranın Bakını sözdə və əməldə dəstəkləməsi ABŞ-ın ATƏT-ın
Minsk qrupunun həmsədri kimi yürütdüyü siyasətinin fiaskoya uğraması və hadisələri
yenidən nəzarətə almaq istəyi kimi də qiymətləndirilə bilər.
Lakin nədən ermənilərin XX əsrin
əvvəllərindən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri sistemli soyqrımlara
belə reaksiyalar yoxdur? Belə
ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində Azərbaycanın bir çox
şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran
ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı
soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. Dünya
dövlətləri də Xocalı soyqırımına həltörətə də diqqətdən kənar qəyub ermənilərə
tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali
orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin
də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun
layihələri qəbul olunardı.
Dr. Vazeh Əskərov
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Yeni Azərbaycan Partiyasının Idarə Heyətinin üzvü
Fransiz-Azərbaycan Universitetinin
icraçı direktoru