Azərbaycanın Fransa triumfu erməniləri təşvişə salıb
Vazeh Əsgərov: “Fransanın Azərbaycan Prezidentinin rəsmi səfərinə daha çox önəm verməsi buradakı ermənilərinin narahatlığına səbəb olub” Tofiq Abbasov: “Əgər Ermənistan sülhdən qaçırsa, deməli, müharibə istəyir”
Mübariz BAYRAMOV
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Fransada rəsmi səfərdə oldu. Səfər çərçivəsində keçirilən görüşlər bu ölkə ilə siyasi, iqtisadi müstəvidə yeni mərhələ başlatdı. Belə vəziyyətdən isə ən çox narahat olan tərəflərdən biri Ermənistandır. Ermənistanda hesab edilir ki, Azərbaycan Fransada mövqelərini gücləndirməklə, ermənilərin burada təsir dairəsini zəiflədəcək. Yerli siyasilər də ermənilər bu narahatlıqlarının əsaslı olduğunu deyirlər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov bildirir ki, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransaya rəsmi səfər etməsi, eləcə də bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi ilə bağlı Fransanın bir neçə böyük şəhərlərində yaşayan ermənilərin öz narahatlıqlarını açıq şəkildə nümayiş etdirmələrinə səbəb oldu: “Nümayişçilərin əsas etirazı Türkiyə-Azərbaycan münasibətləri fonunda ermənilərin regionda təklənməsi və eləcə də 2016-cı il aprel hadisələrinin yenidən baş verməməsinə köklənmişdi. Qeyd edək ki, mart ayının 6-ı Ermənistan prezidenti Serj Sarkisyanın da Fransa Respublikasına rəsmi səfəri oldu.
Fransanın Azərbaycan Prezidentinin rəsmi səfərinə daha çox önəm verməsi buradakı ermənilərinin narahatlığına səbəb olub. Ermənilərin narahatlıqlarına əsas var. Əsrlər boyu uydurma erməni mifi yaratmış bir xalq dünya dövlətləri tərəfindən həqiqətin Azərbaycan tərəfində olmasını anlayır. Son 25 ildə öz xeyrlərinə yaydıqları yalanların üstünün açılması, Azərbaycanın regionda, keçmiş Sovet respublikaları arasında, istərsə də dünyada iqtisadi gücünün artması erməniləri narahat etməyə bilməz.
Bundan əlavə, Fransa Dağlıq Qarabaq münaqişəsinin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanda isə xalqla hakimiyyət arasında qarşıdurma günü-gündən dərinləşir. Nəticədə İrəvan küçələri demək olar ki, hər gün mitinqlərə meydan olur. Ziddiyyət özünü Qarabağ məsələsinə münasibətdə də göstərməkdədir. Əminəm ki, bu məsələ erməniləri daha çox narahat olmağa və hərəkətə keçməyə vadar edir. Gec-tez haqq ədalət öz yerini tapır”.
Politoloq Tofiq Abbasov bildirdi ki, bu, işğalçı dövlətin narahatçılığıdır: “Ermənistan bununla da müvəqqəti əldə etdiyi mövqeni qorumaq istəyir. Söhbət Azərbaycan torpaqlarından gedir. Ona görə Ermənistan rəhbərliyi səylə çalışır ki, işğal siyasətinə nə cürsə bəraət qazandırsın.
Hazırda dünya birliyi, Avropa təsisatları danışıqlar prosesinin dayandırılmasından narahatçılıqlarını ifadə edirlər. Əsas amil Ermənistanın aqressiv siyasətidir. Ümumiyyətlə, Ermənistan tək Azərbaycana yox, region dövlətlərinin bir çoxuna qarşı təhdidlər törədir, torpaq iddiası ilə çıxış edir. Digər tərəfdən, inteqrasiya layihələrinin qarşısını alır, əngəlləyir”.
Politoloq əlavə etdi ki, fransalı həmkarı ilə danışıqlarda Prezident İlham Əliyev Azərbaycanın danışıqlara hazır olduğunu bildirdi: “Ümumiyyətlə, Azərbaycan heç bir zaman sülh prosesindən yayınmayıb. Buna baxmayaraq, Ermənistan özünün sülh mövqeyini ortaya qoymayıb. Odur ki, yaxın gələcəkdə də Ermənistanın siyasətində müsbətə doğru dəyişiklik gözləmək əbəsdir, heç hiss edilmir də. Bu da ondan irəli gəlir ki, Ermənistanda hakimiyyətdə olan partiya dağıdıcıdır. Əgər 2 apreldə keçiriləcək parlament seçkilərində Serj Sarkisyan qələbə qazanarsa və yenə də siyasətini dəyişməyəcəksə, müharibə qaçılmaz olacaq. Azərbaycan vəziyyətlə barışmayacaq. Ölkə rəhbərliyi də bununla bağlı dəfələrlə bəyanat verib. Bildirib ki, Azərbaycan torpaqlarında antiterror əməliyyatlarına qərarın verilməsi Azərbaycanın öz ixtiyarındadır. Əgər Ermənistan sülhdən qaçırsa, deməli, müharibə istəyir. Azərbaycan da işğalçı dövlətin cavabını verəcək”.