«Fransada yaşayan ermənilərin 80 faizi qarışıq
ailələrdən təşkil olunub»
Vazeh Əsgərov : «Ermənilər
I Dunya müharibəsindən sonra boşalmış və dağıdılmış Fransaya işçi qüvvəsi kimi yerləşiblər»
Bu gün işğalçı Ermənistanın dövlət kimi məhv olmasının qarşısını alan səbəblərdən birincisi diaspordur. Bu ölkə diaspordan güclü dəstək alır və xarici siyasətində bu amildən istifadə edir. Bütövlükdə erməni diasporunun Avropada güclü olmasınını səbəbi nədir? Türk-erməni düşmənçiliyi nədən qaynaqlanır? Bu suallara BayMedia-ya müsahibəsində Strasburq Universitetinin doktoru, Azərbaycan Dillər Universtetində rektorun müşaviri, erməni məsələləri ilə bağlı xüsusi araşdırma aparmış Vazeh Əsgərov aydınlıq gətirdi.
-XIX əsrin birinci yarısı Rusiya imperiyası iki- Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində Şimali Azərbaycanı və Gürcüstanı işğal edir. Azərbaycan xanlıqları və Gürcüstan krallığı ləğv edilir və Qafqazdakı Rusiya ərazilərinə daxil edilir. 1828-ci ildə Naxçıvan xanlıqlarının və İrəvan ərazisində “erməni vilayəti” yaradılır. Rusiya imperiyasının əsas məqsədlərindən biri də burada xristian əhalinin sayını artırmaq olduğunu da vurğulamaq yerinə düşər. Lakin qeyd edim ki, həmin dövrdə Azərbaycan ərazilərində alman koloniyaları da yaradılırdı. Əlbətdə ki, burada ermənilərə üstünlük verilməsinin də səbəbləri var idi. Belə ki, ermənilər bəlkədə yeganə xristianlar idilər ki, digər dindən olan millətlərə asan qaynayıb qarışır onların mədəniyyətlərinə yiyələnirdilər. Heç uzağa getmədən Bakı ermənilərinin paytaxtda yaşayan digər millətlərə nisbətdə necə dinimizə uyuşmasını və dilimizdə səlis danışmalarını göstərmək olar. Təkcə, 1828-1830-cu illər arasında 40 İran ermənisi və 84 min Osmanlı ermənisi Qafqaza köçürülüb.
-Avropa ölkələrinin Ermənistana dəstəyi necə formalaşıb?
-1877-1878-ci illərdəki turk-rus müharibəsindən sonra bəzi Avropa ölkələrinin xüsusən də İngiltərə və Fransanın böyük dəstəyi ilə erməni məsələsi aktual mövzuya çevrilir. Sərqi Anadoluda erməni muxtariyyəti yaratmaq fikrinin əsas məğzi osmanlıları daha da zəiflədib parçalamaq olur. Bu prosesi sürətləndirmək üçün 1887-ci ildə Hınçak və 1890-ci ildə Daşnaksütyun partiyalarının yaradılmasını da misal cəkmək yerinə düşər. XIX əsrin sonlarında ermənilərin fəallaşıb iğtişaşlar törətməsi Osmanli sultanı Əbdülhəmid tərəfindən yatırılır və bunları törədənlərin böyük hissəsi həbsə atılır və Qafqaz torpaqlarına qovulur.
- Azərbaycan erməni münaqişəsinini kökünü 1905-ci ilə aid etmək olarmı?
-Mənim fikrimcə, ilk erməni-azərbaycanlı münaqişəsini 1905-ci ilə aid etsək belə, bunun əsas kökünü həmin dövrdə regionda gedən inqilablarda axtarmaq lazımdır. Belə ki, İranda məşrutə inqilabı, Turkiyədə gənc turklər, Rusiyada 1905-ci il inqilablarını yatırmaq lazım idi. 1905-ci ilin əvvəlində bir müsəlmanın daşnaklar tərəfindən öldürülməsi Bakıda, Qarabağda, Gəncədə, İrəvanda, Naxçıvanda və Zəngəzurda 10 minlərlə insanın məhvinə gətirib çıxardı.
Digər bir fikir, bu iki xalqın muxtəlif dinlərə mənsub olmalarıdır. Beləki, Çar Rusiyası hələ 1828-1829 və 1853-1855-ci illərdə Osmanlılar ilə aprdığı müharibələrdə sünni və şiə faktorunu üz-üzə qoymağa çalışmış, lakin bunun o qədər də effektli olmaması qənaətinə gəlmişdi. 1905- ci ildə isə ruslar məharətlə hər iki tərəfi manipulasiya etməyi bacardı.
1905- ci ildə ilk erməni-azərbaycanlı münaqişəsinin sonlandırılması Rusiyanın cənub torpaqlarında inqilabı səngidir və elə həmin dövrdə müsəlmanların hüquqlarının qorunması məqsədi ilə Difai, Müdafiə və Qeyrət partiyaları yaranır.
- Ermənilərin Fransaya immiqrasiyası nə zaman və necə baş verib?
-XX əsrdəki Fransaya erməni köçü 1922-ci ildə başlayır. Türkiyədən, Suriyadan, Yunanıstandan, Bolqarıstandan və Livandan olan ermənilər I Dunya müharibəsindən sonra boşalmış və dağıdılmış Fransaya işçi qüvvəsi kimi yerləşirlər. 1923-cü ildə imzalanan Lozanna müqaviləsi bu prosesi daha da surətləndirdi. Ermənilərin böyük coğrafi mobilliyi 1922-1936- ci illər arasında baş verir. 1926-cı ilin statistikasına görə, Fransa ermənilərinin sayı 60 minə yaxın olub. 1947-ci ildə Fransa ermənilərə vətəndaşlıq vermə prosesini surətləndirir. Həmin dövrdə sovet Ermənistanına Avropadan köç məsələsi gündəmə gəlir. 1948-1953-cü illər ərzində 100 min azərbaycanlının Ermənistandan deportasiya edilməsinə razılıq verilir. Lakin qeyd edim ki, rəsmi statistikaya görə, yalnız 7 min erməninin deportasiya edildiyi bildirilir. Vətəndaşlıq alan ermənilər Fransanın təklifıni qəbul edib geriyə dönür. Bu təcrübənin nəticələri acınacaqlı olur və 1956-cı ildə Fransa höküməti həmin ermənilərin geriyə dönməsi üçün danışıqlara gedir. 1945-ci ildə Avropada cəryan edən siyasi böhran ermənilərin Fransaya olan köçünü daha da surətləndirir.
-Fransada ermənilərin güclü olmasının səbəbləri nədir?
-Fransa erməniləri tezliklə daha yüksək vəzifələr tutmağa can atır və daha çox mühəndis, həkim, hakim, müəllim və jurnalist peşələrinə yiyələnirlər. 1965-ci ildə «Fransa hərəkatı» adlı partiya yaradılır. 1975-1979-ci illər Livandakı vətəndaş müharibəsindən və İrandakı islam inqilabından Fransaya yeni erməni köçü başlayır. Məhz həmin ildə, 1975-ci ildə Fransada ilk erməni terrorizminin sədası eşidilir və bir türk diplomatı ASALA qrupu tərəfindən öldürülür. Sonrakı illərdə onlarla belə terror aktları türklərə qarşı törədilir. 1984-cü ildə ilk fransiz ölkə başçısı 1915-ci il olayından danışmağa məcbur olur və 1985-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyası tərəfindən bu hadisəyə bir raport qəbul olunur. Bu gün Fransada yaşayan ermənilərin böyük bir hissəsi demək olar ki, 80 faizi qarışıq ailələrdən təşkil olunur.
Əli Zülfüqaroğlu